Zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib

Zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib
  07 Mart 2023    Oxunub:1742
Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.

Ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

"Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir", - məlumatda qeyd olunub.


AzVision.az



Teqlər:





Xəbər lenti