Bakının bu hissəsində su olmayacaq

   Bakının bu hissəsində su olmayacaq
  07 Mart 2023    Oxunub:843
Magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar martın 7-də gün ərzində Bakı şəhəri Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

“Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - məlumatda deyilir.
AzVision.az


Teqlər:





Xəbər lenti