Milyarder Poroşenko və ailəsi – FOTOSESSİYA

Milyarder Poroşenko və ailəsi – FOTOSESSİYA
  26 May 2014    Oxunub:2466
Ukraynada ötən gün keçirilən prezident seçkilərinin ilk tutunda ukraynalı siyasətçi və iş adamı Pyotr Alekseyeviç Poroşenko seçicilərin böyük əksəriyyətinin səsinin toplayaraq ilk turda qalib gəlib.

AzVision.az Poroşenkonun ailəsi barədə məlumatı sizə təqdim edir:

Pyotr Poroşenko ailəlidir. Onun həyat yoldaşı Mariana Anatoliyeva 1962 ci ildə Ukraynada anadan olub. O, həkim - kardioloqdur. Marina öz həyat yoldaşından 3 yaş böyükdür. Marina Pyotrla tələbəlik illərində tanış olub. Marinanın atası Ukrayna SSRİ-nin səhiyyə nazirinin müavini olub və təbii ki, o həmin dövrün ən nüfuzlu tibb universitetlərindən birini bitirib. Pyotr Poroşenkonun atasi isə Moldovanın Bender şəhərində zavodlardan birində qonaq olub. Poroşenkonun özü isə Şevçenko adına Kiyev Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. Onların sevgisi məhz buradan başlayıb.

Pyotr və Marina Poroşenko cütlüyünün dörd övladı var: Böyük oğlu Aleksey (1985-ci il), Yevqeniya və Aleksandra adlı əkiz qız uşaqları (2000-ci il) və kiçik övladı Mixail (2001-ci il).

Pyotr Poroşenko böyük oğlu, 29 yaşlı Aleksey Poroşenko Ukraynanın Vinnitsk Vilayət Şurasının deputatıdır. O, ötən il “McKinsey & Company” konsaltinq şirkətinin əməkdaşı, 28 yaşlı Yuliya Əlixanovla ilə ailə həyatı qurub.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti