İlham Əliyev Sarkisyanla görüşə bilər
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın paytaxtı Yerevanda keçirilən mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalter bildirib.
Burkhalter Minsk qrupu formatının vacibliyini vurğulayıb: “Bu vacib problemin həll edilməsində bu formata tamamilə etibar edirəm. Bu proses olduqca çətindir və biz onun vacibliyini qiymətləndirmirik”. Eyni zamanda o qeyd edib ki, münaqişədəki status-qvo vəziyyəti heç bir perspektiv vəd etmir və sülhün əldə olunması üçün addım-addım irəliləmək lazımdır. Burkhalter bəyan edib ki. ATƏT-ə sədrlik edən ölkə kimi İsveçrə öz səylərini atəşkəs rejiminin möhkəmləndirilməsinə yönəldəcək.
ATƏT sədri həmçinin Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri və beynəlxalq hüququ əsasında həll edilməsinin vacibliyini vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


