AzVision.az xəbər verir ki, “Past” qəzetinin iddiasına görə, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan öz ölkəsinin Xarici İşlər nazirliyinə 550-yə yaxın adın, o cümlədən jurnalistlərin, mədəniyyət xadimlərinin, politoloqların, Rusiya erməniləri ittifaqının üzvlərinin və başqalarının daxil olduğu qara siyahı təqdim edib.
“Bununla müvafiq informasiya fonu yaradan hakimiyyət, ictimai rəyi gələcək tədbirlərə hazırlayır”, - qəzet vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl erməni politoloq Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyuldu və bu, Rusiyada qeyri-dost addım kimi qiymətləndirildi. İlkin məlumatlara görə, Miqranyan valideynlərinin məzarını ziyarət etmək üçün İrəvana uçub. Lakin artıq Rusiyanın sərhəd xidməti əməkdaşlarının nəzarəti altında olmayan “Zvartnots” hava limanından onu geri qaytarıblar.
Sahil İsgəndərov
AzVision.az