Qeyd edilir ki, bu barədə ona hələ bu ilin yayında məlumat verilib. Lakin onun hələ də bu məsələnin araşdırılması ilə məşğul olmağa vaxtı olmayıb.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın nəzarət etdiyi "Aykakan Jamanak" qəzeti
Zatulinin qara siyahıya düşməsi barədə məlumat yaydı. Rusiyalı deputat bundan sonra açıqlama verərək bəyan etdi ki, bu qərar onun şəxsinə qarşı böyük təhqirdir.
Konstantin Zatulindən sonra Rusiyada media holdinq rəhbəri olan ermənipərəst Marqarita Simonyan da qara siyahıya düşdü. Hər iki şəxs daha çox Azərbaycan əleyhinə fəaliyyətlər və açıqlamalar vermələri ilə tanınırlar.
Tural Tağıyev
AzVision.az