Ermənilərin dostu Zatulinin İrəvana girişinə qadağa qoyuldu

      Ermənilərin dostu    Zatulinin İrəvana girişinə qadağa qoyuldu
  25 Oktyabr 2022    Oxunub:1092
Ermənistan rusiyalı siyasətçi, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Konstantin Zatulini qara siyahıya salıb.
AzVision.az xəbər verir ki, bu barədə "Aykakan Jamanak" məlumat yayıb.

Zatulin: "İrəvana inamla bağlı problemlərimiz yaranıb"
Nəşr yazıb ki, ermənilərin dostu sayılan Zatulinə Ermənistan respublikasına giriş qadağan edilib.

"Zatulin artıq Ermənistanda arzuolunmaz şəxs hesab edilir. Xatırladaq ki, Konstantin Zatulin müsahibələrində dəfələrlə Ermənistan hökumətini ölkəni 44 günlük müharibədə məğlub duruma salmaqda ittiham edib", - nəşr yazıb.

Qeyd edək ki, "Aykakan Jamanak"a Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan nəzarət edir.

Konstantin Zatulin isə daha çox Azərbaycanın əleyhinə açıqlamalar verməsi ilə tanınır. Onun son müsahibəsində Rusiyanın İrəvana inam və etibarla bağlı problemlərinin yarandığını deməsi diqqət çəkib. Bundan başqa, ermənipərəst rusiyalı siyasətçi, son zamanlar Nikol Paşinyanın yenidən açıq şəkildə Qərbə üz tutmasını da sərt şəkildə tənqid edirdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Zatulin   İrəvan  





Xəbər lenti