Danışıqlar prosesindən, xüsusən də Azərbaycanın siyasətindən danışan Zatulin qeyd edib ki, guya Qarabağda qalan azsaylı ermənilərə hansısa status verilə bilər: “Azərbaycan son vaxtlar çox açıq və israrla bəyan edir ki, ümumiyyətlə Dağlıq Qarabağ problemi daha mövcud deyil. Deyirlər ki, bir növ iqtisadi rayon var, müvafiq olaraq nə muxtariyyət, nə də belə statuslu bir şeyə ehtiyac yoxdur. Bu gün 2020-ci ildəki müharibədən əvvəl otuz il ərzində vəd edilənlər, baş verən danışıqlar prosesi zamanı, ən geniş muxtariyyət və s. məsələlərindən əsər-əlamət qalmayıb. Onlar Ermənistanın hazırkı çətin daxili və xarici vəziyyətindən istifadə etməyə tələsirlər”.
Zatulin: "Bir şeyə əminəm ki, nüvəni ilk atan biz olmayacağıq" |
“Paşinyan, onun tərəfdarları və onu dəstəkləyənlərin Rusiyaya qarşı açıq, bəzi hallarda düşmən münasibəti, bu günlərdə xüsusilə açıq-aşkar görünür. Bu isə o mənada problemlər yaradır ki, biz Ermənistan kimi müttəfiqə indiki iqtidarı ilə etibar edirik”, – Zatulin Ermənistanın hazırkı hökumətinin Rusiyaya arzuolunmaz münasibətindən danışarkən deyib.
Tural Tağıyev
AzVision.az