Zatulin: "Bir şeyə əminəm ki, nüvəni ilk atan biz olmayacağıq"

      Zatulin:    "Bir şeyə əminəm ki, nüvəni ilk atan biz olmayacağıq"
  11 Oktyabr 2022    Oxunub:4972
Rusiyalı siyasətçi, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistan mediasına diqqət çəkən müsahibə verib. O, Ermənistan-Azərbaycan münasibətləri, İrəvanda anti-Rusiya ab havası ilə yanaşı Ukraynaya nüvə bombasının atılması ehtimalından da söz açıb.
Ukraynadakı müharibədə nüvə silahından istifadə edib-edilməyəcəyinə dair suala cavab verən siyasətçi bununla bağlı mümkün ssenariləri real saymayıb.

- Bir şeyə tam əminəm ki, Rusiya nüvə silahından ilk istifadə etməyəcək. Rusiyaya qarşı nüvə silahından istifadəyə gəlincə, bildiyiniz kimi, Ukraynanın nüvə silahı yoxdur. Bu vəziyyətdə bizi narahat edən yeganə şey odur ki, Ukrayna qoşunları Zaporojye atom elektrik stansiyasını bombalamağa davam edirlər. Təbii ki, texniki baxımdan Ukrayna hansısa radioaktiv qurğu, “çirkli” bomba, radioaktiv materiallar, radioaktiv tullantılardan silah yarada bilər. Ancaq bu Ukrayna üçün çətin olacaq. Mən dəqiq də deyə bilmərəm ki, onlar belə bir şeyi bacaracaqlar. Amma məncə, Ukrayna belə bir bomba yaratmağın nəticələrini nəzərə alaraq bunu etməyəcək. İstənilən halda “çirkli” bomba və ya digər oxşar addım təkcə nüvə dövləti olan Rusiyaya deyil, Ukraynaya da ciddi ziyan vuracaq bir təxribatdır.

"Qarabağı ilhaq etsək, Bakı və Ankarayla qarşıdurmaya gedəcəyik" - Zatulin
Rusiya öz nüvə potensialı ilə Ukrayna ilə deyil, ABŞ ilə rəqabət aparır. Bu şəraitdən çıxış edərək hesab edirəm ki, mümkün nüvə müharibəsindən danışmaq manipulyasiya deməkdir. Ən yüksək səviyyədə olan insanlar bu məsələlərlə məşğuldurlar. ABŞ prezidenti Bayden bu barədə, bakterioloji, nüvə silahlarından istifadə haqqında səthi danışdı. Bu, əhalini qorxutmaqdır. Məqsəd Rusiyanı gözdən salmaqdır. Belə söhbətlərin heç bir hərbi əhəmiyyəti yoxdur, - siyasətçi deyib.

Deputat Rusiyanın nüvə silahından istifadə etməyəcəyinə dair yüz faizlik əminliyinin səbəbini başqa formada da açıqlayıb.

- Ukrayna bizə bağlıdır. Nüvə zərbəsi Ukrayna ordusunu darmadağın etməyəcək. Ordu elə bir nöqtədə deyil ki, onu vurub qurtarasan. Yəni bu, hərbi, siyasi və ya digər baxımdan mənasız addımdır. Biz Krım körpüsü ilə bağlı insidentdən sonra zərbələr endirdik. Yaxşı bilirik ki, Ukraynada bizə qarşı olanlarla yanaşı, bizi dəstəkləyənlər də var. Onların heç də hamısı bizi qəbul etmir. Bir sıra ərazilər rus qoşunlarının nəzarətinə keçəndə bəziləri oradan getdi... Amma əhalinin çox hissəsi qalıb referendumda iştirak etdi. Əgər bizə yaxın rusdilli şəhərlər-Odessa, Nikolayev, Xarkov çoxdursa, Ukraynaya nüvə zərbəsi endirmək nəyə lazımdır? Bunun heç bir mənası yoxdur, - Zatulin qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Nüvə  





Xəbər lenti