Lavrov: "Bakı və İrəvana uğurlar arzulayırıq"

      Lavrov:    "Bakı və İrəvana uğurlar arzulayırıq"
  23 May 2025    Oxunub:489
"Rəsmi Moskva Azərbaycan və Ermənistana sülh müqaviləsinin imzalanmasında səmimi-qəlbdən uğurlar arzulayır".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ali səviyyəli konfransda dilə gətirib. O, Bakı və İrəvan arasında razılaşdırılan sülh müqaviləsinin imzalanmasının vacibliyini diqqətə çatdırıb.

"Tərəflərin razılığı Rusiya, Azərbaycan və Ermənistan arasında aparılmış üçtərəfli sammitlər sayəsində baş tutub. Bakı və İrəvan bu cür danışıqlara maraqlıdırsa, həmişə kömək göstərməyə hazırıq", - Lavrov söyləyib.

Xatırladaq ki, mayın 16-da Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan qarşılıqlı əlaqələrin normallaşdırılması mövzusunda fikir mübadiləsi aparıblar.
Köçəryan: "Paşinyan özünü nökər gününə salıb"

Martın 13-də Bakı və İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıb. Tərəflərin razılaşdığı son iki məqam sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə əlaqədar idi. Hərçənd müqavilənin imzalanması üçün dəqiq vaxt hələlik bəlli deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Azərbaycan   Ermənistan   sülh-prosesi  





Xəbər lenti