“Nazirlər USAİD-in yardım proqramlarından çıxmasının nəticələrini və Aİ-nin bu öhdəliklərin bəzilərini öz üzərinə götürməsi imkanlarını müzakirə edəcəklər. Biz ABŞ-ni tamamilə əvəz edə bilməyəcəyik, lakin biz Avropa prioritetlərinə - demokratiya, media azadlığı və insan hüquqlarına diqqət yetirəcəyik”, - Aİ diplomatiyasının rəhbəri bildirib.
Xatırladaq ki, ABŞ fevralın 3-də USAID-in fəaliyyətini dayandırıb. Agentlik əvvəllər çoxsaylı beynəlxalq təşkilatları maliyyələşdirib. Agentliyə müvəqqəti rəhbərlik edən Dövlət katibi Marko Rubio martın 10-da bildirib ki, araşdırma qurumun proqramların 83 faizinin bağlanması ilə nəticələnib.
![]() |
Aİ “Azadlıq Radiosu”na pul verəcək |
- Bu fond böhranlara tez reaksiya verəcək. Hindistan və İordaniya kimi əsas tərəfdaşlarla əməkdaşlığı gücləndirəcək və Çin kimi rəqiblərin təsirinə qarşı çıxacaq”, - Rubio vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Kaya Kallas Qafqazda və Mərkəzi Asiyada müstəqil jurnalistikanın inkişafı üçün Aİ-nin “Azad Avropa/Azadlıq Radiosu”nun fəaliiyyətinə 5,5 milyon avro ayrıldığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az