“Ermənistanın Fransa və ABŞ ilə yaxşı qonşuluq münasibətləri var və olacaq. O, Rusiya ilə münasibətlərini tənzimləməyə çalışacaq. Bu normal bir prosesdir. Amma bu o demək deyil ki, Rusiya, ABŞ və ya başqası ölkədə öz himayədarlıq etdiklərini hakimiyyətə gətirməyə və ya Ermənistan iqtisadiyyatını tamamilə ələ keçirməyə çalışmalıdır. Ona görə də heç bir ifrata varmadan tarazlıq saxlamaq lazımdır”, - erməni spiker deyib.
![]() |
İrəvan Aİ-yə arxa çevirir? |
Xatırladaq ki, ötən həftə İrəvanda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat-konfrnasında Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsinin hazırda aktual olmadığını vurğulayıb.
Dünən isə, Fransanın XİN-in rəhbəri Jan Noel Barro erməni həmkarı Ararat Mirzoyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında Parisin Ermənistanın Gorus şəhərində konsulluq agentliyi açmağa hazırlaşdığını diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az