Axios: “Putin hücum barədə Trampa eyham vurub” | VİDEO

   Axios: “Putin hücum barədə Trampa eyham vurub”    | VİDEO
  14 İyul 2025    Oxunub:578
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla son telefon danışığı zamanı Rusiya Silahlı qüvvələrinin yaxın bir neçə ay ərzində Ukraynanın şərqinə hücum etməyi planlaşdırdığına eyham vurub.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Amerikanın “Axios” portalının iddiasına görə, Putin eskalasiyanı davam etdirmək əzmində olduğunu bildirib.

“Rusiya qarşıdakı 60 gün ərzində Moskvanın “əhəmiyyətli mövqelərə malik olduğu” regionların inzibati sərhədlərinə çatmaq üçün yeni səylər göstərmək niyyətindədir. Tramp Putinlə söhbətindən sonra Fransa prezidenti Emmanuel Makrona zəng edərək Rusiya prezidentinin “hər şeyi götürmək istədiyini” deyib”, - portalda dərc olunan materialda vurğulanır.

Berletik: “ABŞ öz planına sadiqdir” | VİDEO
Bundan əvvəl “Axios” portalının jurnalisti Barak Ravid məlumatlı mənbələrə istinadən Donald Trampın iyulun 14-də Kiyevə hücum silahlarının da daxil ola biləcəyi yeni silah tədarükü planını açıqlayacağını yazıb.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, ABŞ Ukraynaya “Patriot” sistemlərini və müxtəlif hərbi texnika verəcək və onların xərclərini Ukrayna tərəfi tam şəkildə ödəyəcək.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   Tramp   eyham  



Xəbər lenti