Türkiyədə kütləvi həbslər | VİDEO

   Türkiyədə kütləvi həbslər    | VİDEO
  14 İyul 2025    Oxunub:615
Türkiyənin 20 vilayətində FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
AzVision.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya bununla bağlı özünün “X” sosial şəbəkəsindəki səhifəsində müvafiq paylaşım edib.

“Ankara, Bursa və İzmir də daxil olmaqla, son iki həftə ərzində həyata keçirilən əməliyyatlarda 50 şübhəli saxlanılıb. Onlardan 33-ü həbs olunub, 5-i barəsində məhkəmə hökmü çıxarılıb, qalanları ilə bağlı məhkəmə prosesi davam edir”, - Türkiyə DİN-in rəhbəri yazıb.

Məlumatda deyilir ki, saxlanılan şəxslər FETÖ təşkilatının “aktiv strukturunda” iştirakda, onun rəhbərliyi ilə taksofon vasitəsilə əlaqə saxlamaqda, terror fəaliyyətini maliyyələşdirməkdə, sosial media hesabları vasitəsilə FETÖ təbliğatını yaymaqda şübhəli bilinirlər.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   FETÖ   həbslər  



Xəbər lenti