İspaniyada miqrantlara qarşı etirazlarda səkkiz nəfər saxlanılıb | FOTO

İspaniyada miqrantlara qarşı etirazlarda səkkiz nəfər saxlanılıb |    FOTO
  14 İyul 2025    Oxunub:709
İspaniya polisi həftəsonu ölkənin cənub-şərqində yerləşən Torre-Paçeko şəhərində baş verən antimiqrasiya iğtişaşları ilə əlaqədar 8 nəfəri saxlayıb.
Bu barədə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska yerli mətbuata açıqlamasında məlumat verib. Onun sözlərinə görə, etiraz aksiyaları cümə günü 68 yaşlı kişinin Şimali Afrika əsilli üç nəfər gənc tərəfindən küçədə döyülməsi nəticəsində meydana gəlib.

"Hüquq mühafizə qüvvələri 8 nəfəri yaxalayıb. Onlardan beşi ispan, biri Şimali Afrikalı, ikisi isə qocanı döyməkdə şübhəli bilinən şəxslərdəndir", - nazir bildirib.

Şəhərin meri Pedro Anxel Roka "Cadena SER" radiosuna verdiyi açıqlamada diqqətə çatdırıb ki, qocanın döyülməsi xəbəri sosial şəbəkədə sürətlə yayılıb və bu, şəhər əhalisi ilə miqrantlar arasında toqquşmalar üçün zəmin yaradıb.

"Baş verən insidentlərdə şəhərin infrastrukturuna, avtomobillərlə ciddi ziyan dəyib", - Roka deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İspaniya   miqrantlar   etiraz   aksiya  



Xəbər lenti