Türkiyədə 6 min illik məbəd tapılıb | FOTOLAR

   Türkiyədə 6 min illik məbəd tapılıb |    FOTOLAR
  15 İyul 2025    Oxunub:665
Türkiyənin Elazığ vilayətinin ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində 6 min illik tarixə malik məbəd yeri aşkarlanıb.
Yerli mətbuatın yaydığı məlumata görə, qazıntı keçən il ölkənin Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında başlayıb. Bu müddət ərzində bir çox tikili, artefakt və müxtəlif tapıntı işıq üzünə çıxarılıb.

Bildirilib ki, son günlərdə aşkarlanan məbəd yeri isə Erkən Tunc dövrünə aiddir. Burada arxeoloqların müəyyənləşdirdikləri qurban mərasimi guşəsi, eləcə də insan və heyvan sümükləri, daşların üzərində bıçaq izləri xüsusi diqqət çəkir.

Məbədin ərazisində, eyni zamanda, müxtəlif divar qalıqları və ayin sahələri, əkinçilikdə işlədilən möhür, Naxçıvan ərazisinə səciyyəvi saxsı qablar, ox ucları, yun və sap əyirməyə yarayan alət və keramika parçaları tapılıb.

Mütəxəssislərin sözlərinə görə, tapıntı Elazığ vilayətində indiyədək aşkarlanan ilk qədim məbəd kimi tarixi əhəmiyyətə malikdir.



Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   tarix   məbəd   tapıntı  



Xəbər lenti