Tramp Qəzzadakı vəziyyətdən çıxış yolu axtarır | VİDEO

   Tramp Qəzzadakı vəziyyətdən çıxış yolu axtarır     | VİDEO
  16 İyul 2025    Oxunub:698
ABŞ prezidenti Donald Tramp iyulun 16-da Qətərin baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Axios” portalının jurnalisti Barak Ravidin yazdığına görə, görüşün əsas mövzusu Qəzza zolağında atəşkəsə nail olmaq üçün səylər və HƏMAS hərəkatının saxladığı israilli girovların azad edilməsi olacaq.

“İyulun 14-də səhər saatlarında Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb. Bu gün isə, Tramp və Qətərin baş naziri, həm də Tehranın nüvə proqramı üzrə yeni razılaşmanın əldə edilməsi üçün ABŞ və İran arasında birbaşa danışıqların bərpası imkanlarını da müzakirə edəcəklər”, - mənbələrə istinad edən jurnalist bildirib.

İsrail-HƏMAS danışıqları nəticəsiz olub | VİDEO
Xatırladaq ki, Qətər İsraillə radikal HƏMAS hərəkatı arasında dialoqun əsas vasitəçilərindən biridir. İyulun 6-da tərəflər Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə Dohada Qəzza zolağında atəşkəs və anklavda saxlanılan israilli girovların azad olunmasına dair razılaşmaya gəlmək məqsədi daşıyan prosesi bərpa ediblər.

Qətər XİN-nin nümayəndəsinin sözlərinə görə, məsləhətləşmələr hələ ilkin mərhələdədir və vasitəçilər dolayı danışıqların yeni mərhələsinə imkan verəcək çərçivə sazişi hazırlamaq üçün HƏMAS və İsraillə ayrıca qarşılıqlı fəaliyyət göstərirlər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Qətər   Qəzza  



Xəbər lenti