Trükiyədə kütləvi həbslər | VİDEO

   Trükiyədə kütləvi həbslər  | VİDEO
  18 İyul 2025    Oxunub:856
Türkiyədə son iki həftə ərzində həyata keçirilən genişmiqyaslı antiterror əməliyyatı nəticəsində İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı paylaşım edib.

“Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirak etməkdə, ona bağlı qondarma humanitar təşkilatları maliyyələşdirməkdə və sosial şəbəkələrdə terror təbliğatı aparmaqda şübhəli bilinirlər”, - türkiyəli nazir yazıb.

Onun sözlərinə görə, həbslər ölkənin 28 vilayətində, o cümlədən böyük şəhərlərdə - İstanbul, İzmir, Antalya və Bursada həyata keçirilib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   antiterror  



Xəbər lenti