Tbilisi İrəvana rədd cavabı verib

   Tbilisi İrəvana rədd cavabı verib
  18 İyul 2025    Oxunub:1299
Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan qarşı tərəfdən erməni istehsalçıları ilə Gürcüstan gömrük xidmətləri arasında əlaqəni sadələşdirmək üçün rəsmi əlaqələndirici şəxsin təyin olunmasını xahiş edib.
AzVision.az xəbər verir ki, öz mənbələrinsə istinad edən Ermənistanın “Hraparak” qəzeti belə məlumat yayıb.

Nəşrin yazdığına görə, erməni tərəfi Gürcüstanın İrəvandakı səfirliyinə gürcü strukturları ilə erməni şirkətləri arasında əlaqəni təmin edəcək işçi təyin olunması təklifini verib.

“Məsələn, gürcü tərəfi ilə erməni istehsalçıları arasında əlaqəni təmin edəcək Gürcüstanın Ermənistandakı səfirliyinin əməkdaşı, sonuncuya konyak və digər mallarla yük maşınlarının gömrük məntəqəsindən keçməsi, növbələr, mallardan nümunələrin götürülməsi və digər məsələlər barədə məlumat verə bilərdi”, - nəşr vurğulayır.

Lakin mənbələr qəzetə bildiriblər ki, Gürcüstan tərəfi Ermənistanın İqtisadiyyat nazirinin müraciətini rədd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   Ermənistan   rədd  



Xəbər lenti