Rusiya Ukraynanın Sumı vilyayətini bombalayıb

Rusiya Ukraynanın Sumı vilyayətini bombalayıb
  22 İyul 2025    Oxunub:1356
Rusiyanın Ukraynanın Sumı vilayətinin Kovpakovski rayonuna endirdiyi zərbə nəticəsində beş çoxmərtəbəli bina, ticarət mərkəzi və 18 avtomobilə ziyan dəyib.
AzVision.az bildirir ki, Sumı vilayətinin Hərbi administrasiyasının rəhbəri Oleq Qriqoryev belə açıqlama verib.

“Ən çox ziyan dəymiş evlərdən birinin iki sakini tibb müəssisəsinə aparılıb. Yaşayış massivinin bir çox sakini şok vəziyyətindədir. Ümumilikdə 12 nəfər tibbi yardıma müraciət edib”, - Qriqoryev bildirib.

Vilayətin paytaxt Sumı şəhərinin Hərbi administrasiyasının rəhbəri Sergey Krivoşeyenko, öz növbəsində, “Suspilne” nəşrinə açıqlamasında şəhərdə biri uşaq olmaqla üç nəfərin yaralandığını deyib.

Yerli hakimiyyət orqanları rus ordusunun yaşayış massivlərinə zərbələr endirdiyini iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Sumı   zərbələr  



Xəbər lenti