“Biz müttəfiqlərin dəstəyi ilə bu məbləğin yarısını cəlb etmək üçün digər ölkələrlə işləyirik. Qərb tərəfdaşları ilə danışıqlar artıq substantiv mərhələdədir”, - Denis Şmıqal öz Telegram-kanalında yazıb.
Bundan əlavə, Kiyev öz müttəfiqlərini 2026-cı ildə büdcədən mümkün vəsait ayırmaq üçün əvvəlcədən hazırlıqlara başlamağa çağırıb.
Daha əvvəl Şmıqal Ukraynaya 2025-ci ildə silahların alınması və təkcə pilotsuz təyyarələrin istehsalı üçün təxminən 6 milyard dollar lazım olduğunu açıqlayıb.
Bu bəyanatlar fonunda Ukrayna prezidenti Volodimir Zelenski daxili resursların, xüsusən də hərbi istehsal sahəsində məhdudluğundan narahatlığını bildirib. Onun sözlərinə görə, Kiyev Qərb tərəfdaşlarından dəstək axtarmağa davam edəcək.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


