ABŞ UNESCO-dan çıxır | VİDEO

   ABŞ UNESCO-dan çıxır     | VİDEO
  22 İyul 2025    Oxunub:710
Prezident Donald Tramp ABŞ-ni UNESKO-dan çıxarmaq qərarına gəlib, çünki təşkilat Amerikanın maraqlarına uyğun gəlməyən təşəbbüsləri dəstəkləyir.
AzVision.az bildirir ki, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli belə bəyanat verib.

“Amerikalıların noyabrda səs verdiyi Donald Tramp ABŞ-ni sağlam düşüncə siyasətinə tamamilə zidd olan qeyri-mütərəqqi, bölücü mədəni və sosial təşəbbüsləri dəstəkləyən UNESKO-dan çıxarmaq qərarına gəlib”, - xanım Kelli “New York Post (NYP)” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ administrasiyası UNESKO-nun müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasəti ilə razılaşmır, təşkilatı “Fələstin və Çin tərəfdarı” hisslərinə görə qərəzli hesab edir.

Ağ Evə qayıtdıqdan qısa müddət sonra Tramp UNESKO-da davamlı iştirakın məqsədəuyğun olmasını öyrənmək üçün 90 günlük araşdırma aparmağa göstəriş verdi. Səlahiyyətlilər xüsusilə “UNESCO-nun ABŞ-nin maraqlarını necə dəstəlklədiyini və ümumiyyətlə dəstəkləyib-dəstəkləmədiyini” qiymətləndirməli idi.

Həmin vaxt da o, BMT-nin digər iki təşkilatının - İnsan Hüquqları Şurası və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) “diqqətlə nəzərdən keçirilməyə” layiq olduğunu bildirdi. Fevral ayında Tramp ABŞ-nin İsrailə qarşı “qərəzli mövqeyinə” görə tənqid etdiyi BMT-nin İnsan Hüquqları üzrə Komissarlığından çıxlması barədə sərəncam imzalayıb.

May ayında isə ABŞ prezidenti ölkənin 2026-cı maliyyə ili üçün büdcə təklifində BMT agentliklərinə, o cümlədən UNESKO-ya könüllü töhfələrin və təşkilatın müntəzəm büdcəsinin dayandırılmasını təklif edib.

Dövlət departamentinin mətbuat xidmətindən verilən açıqlamaya görə, ABŞ-nin UNESKO-dan çıxması 2026-cı il dekabrın 31-də baş tutacaq.


Sahil İsgəndərov
AzVision.az





Teqlər: ABŞ   UNESCO   çıxış  



Xəbər lenti