Ermənistanın Baş prokurorluğuna Paşinyandan şikayət edilib | VİDEO

   Ermənistanın Baş prokurorluğuna Paşinyandan şikayət edilib    | VİDEO
  23 İyul 2025    Oxunub:545
Ermənistanın “Zartonk” partiyası ölkənin baş naziri Nikol Paşinyana qarşı Ermənistan Baş prokurorluğuna iki ərizə təqdim etdiyini bildirib.
AzVision.az Rusiya mediasının yaydığı məlumata istinadən xəbər verir ki, Paşinyanın “cinayətləri” ilə bağlı iki ayrı-ayrı hesabat təqdim olunub.

“Zartonk” partiyasının iddiasına görə, Paşinyan sosial şəbəkələrdə hüquq-mühafizə və məhkəmə orqanlarına ictimai cinayət təqibinin başlanması, yüksək rütbəli din xadimlərinin saxlanması və həbsi barədə göstəriş verib.

“Ermənistanın baş naziri öz hərəkətləri ilə qanunvericilik prinsipini, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölünməsinin konstitusiya prinsipini pozub, həmçinin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə edib”, - şikayətlərin müəllifləri yazırlar.

Paşinyan EAK-ın rəhbərinə qarşı aksiya hazırlayıb
İkinci bəyanatda Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə (EAK) göstərdiyi təzyiqlərdən bəhs olunur. Partiya onun əməllərinin Cinayət Məcəlləsinin bir neçə maddəsini pozduğunu vurğulayıb.

Ermənistanın baş naziri iyulun 20-də sosial şəbəkələrdə EAK-ın rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahından qovulmasına hazırlaşmağa çağırıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   prokurorluq   şikayət  



Xəbər lenti