Ukrayna liderinin sözlərinə görə, 40 milyard dollar büdcənin kəsirinin bağlanmasına, 25 milyard dollar isə dronların istehsalına lazımdır.
“Raketlər, dronlar, radio-elektron mübarizə sahələrində 25 milyard dollar zəruridir. Bütün ehtiyacları ödəmək üçün isə 65 milyard dollar lazımdır. Bunun üzərində işləməyə başlamışam. Çox çətin mövzudur, amma mən artıq başlamışam”, - deyən Zelenski bu məsələni müzakirə etdiyi Avropa ölkələrinin və qurumlarının rəhbərlərinin adlarını da sadalayıb.
O, həmçinin bildirib ki, avropalılar ukraynalı hərbçilərin maaşları üçün deyil, silahlar üçün vəsait ayırırlar.
- Ancaq belə çıxır ki, bizim ordumuz hamını qoruyan bu silah rolunu oynaya bilər”, - Ukrayna lideri vurğulayıb.
Xatırladaq ki, iyulun 21-də Fransanın Xarici İşlər naziri Jan-Noel Barro ilə görüşdən sonra Zelenski fransız şirkətlərinin Ukrayna ərazisində PUA-lar istehsal etməyə hazır olduğunu açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


