Təbriz-Bakı aviareysi açılıb

   Təbriz-Bakı aviareysi açılıb
  27 İyul 2025    Oxunub:969
Təbriz-Bakı və əks istiqamətdə uçuşlar Təbrizin Şəhid Mədəni Beynəlxalq Hava Limanının xarici reyslərinə əlavə olunub.
AzVision.az xəbər verir ki, “Azad İran” Telegram-kanalı belə məlumta yayıb.

Bu gündən uçuş cədvəlinə əlavə edilən yeni reys İran və Azərbaycan arasında hava əlaqələrini gücləndirəcək və sərnişinlər üçün bölgənin bu iki mühüm şəhəri arasında gediş-gəlişi asanlaşdıracaq.

“Bu reysin açılması ilə Şərqi Azərbaycan əyaləti ilə Azərbaycan Respublikası arasında ticarət və turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranacaq. Bu hava yolu iki region arasında iqtisadi və mədəni mübadilənin inkişafında önəmli rol oynaya bilər”, - Şərqi Azərbaycan əyalətinin Hava limanlarının rəhbəri bildirib.

AzVision.az


Teqlər: Təbriz   Bakı   aviaryes  



Xəbər lenti