ABŞ Avropadan qoşunlarının bir hissəsini çıxara bilər

ABŞ Avropadan qoşunlarının bir hissəsini çıxara bilər
  28 İyul 2025    Oxunub:1142
ABŞ Avropadakı qoşunlarının sayını 30% azalda bilər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşri belə məlumat yayıb.

“Səmimi danışmaq üçün adının çəkilməsini istəməyən NATO məmurlarından biri bildirib ki, Avropada qoşunların sayının 30% azaldılması mümkündür”, - qəzet yazır.

Avropa ABŞ qoşunlarının çıxarılmasına hazırlaşır | VİDEO
Bundan əvvəl Bundestaqdakı Xristian Demokratlar Partiyasının (CDU/CSU) lideri Yens Şpan Amerika qoşunlarının “ən qısa müddətdə” Avropanı tərk edə biləcəyini və onların qalacaqlarına avropalıların zəmanəti olmadığını açıqlamışdı.

Buna görə də, Şpan Almaniya üçün “Amerika çəkindirməsinin” təmin edilməsinin zəruri olduğunu vurğulayıb.

İyulun 3-də isə “Euractiv” portalı NATO-ya üzv olan Avropa ölkələrinin qitədəki Amerika hərbçilərinin sayının mümkün azaldılmasına hazırlaşmağa başladığı barədə məlumat yayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Avropa   qoşunlar  



Xəbər lenti