Təqribən 200 metr yüksəklikdə Vilnüs yaxınlığında uçan PUA-nın hansı istiqamətə düşdüyü, hansısa obyektə zərər vurub-vurmadığı istiqamətində hazırda axtarışlar aparılır.
Hadisənin ardınca ölkənin müdafiə naziri Dovile Şakalene Litva-Belarus sərhədinə nəzarətin artırılması barədə tapşırıq verib.
Xatırladaq ki, iyulun əvvəlində sərhəd yaxınlığında Belarusa məxsus PUA qəzaya uğramışdı.
Drone from Belarus breaches Lithuanian airspace https://t.co/xh44eXND92 pic.twitter.com/VCuJoq44x8
— LRT English (@LRTenglish) July 28, 2025
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


