Politico: “Tramp Brüsselə təzyiq göstərib” | VİDEO

      Politico: “Tramp Brüsselə təzyiq göstərib”    | VİDEO
  29 İyul 2025    Oxunub:474
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə ticarət danışıqlarında dinamikanın olmamasından narazı idi və buna görə də avropalılara xəbərdarlıq məktubu göndərib.
AzVision.az xəbər verir ki, yüksək vəzifəli amerikalı məmura istinad edən “Politico” nəşri belə məlumat yayıb. Məmurun sözlərinə görə, Aİ ilk 13 virtual və üz-üzə görüşdə ABŞ-yi bir dənə də olsun ticarət razılaşması təklif etməyib.

“Prezident dinamikanın olmamasından tamamilə məyus idi. Onlar həqiqətən görüşürdülər və danışırdılar, amma heç nə etmirdilər. Nəticədə Tramp məktubda avropalılara xəbərdarlıq etdi ki, nəhayət danışıqlar masasına əyləşməsələr, ciddi riskə gedəcəklər”, - qəzet yazır.

ABŞ və Avropa razılığa gəldilər | VİDEO
Amerikalı məmur bildirib ki, Trampın məktubundan sonra vəziyyət dəyişib və avropalılar danışıqlar masası arxasına əyləşərək ABŞ ilə ticarət müqaviləsi bağlamağa razılaşıblar.

Xatırladaq ki, iyulun 28-də ABŞ və Aİ arasında Brüsselin ABŞ-dən 750 milyard dollar dəyərində enerji daşıyıcıları alacağını nəzərdə tutan ticarət sazişi imzalanıb. Bundan əlavə, avropalılar ABŞ-yə investisiyaları 600 milyard dollar artırmağa və Amerika silahlarını almağa razılaşdılar. Bunun müqabilində Vaşinqton Avropa mallarına tətbiq edilən rüsumları 30%-dən 15%-ə endirib.

Tramp bu razılaşmanı indiyədək imzalanan sazişlərdən “ən böyüyü” adlandırıb. Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen, öz növbəsində, vurğulayıb ki, bu saziş Aİ ilə ABŞ arasında ticarət əlaqələrini balanslaşdırmağı dəstəkləyəcək, həmçinin Avropaya Rusiyanın neft və qazından imtina etməyə imkan verəcək.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp     təzyiq  



Xəbər lenti