Qəzzada ölənlərin sayı 60 mini ötüb

Qəzzada ölənlərin sayı    60 mini    ötüb
  29 İyul 2025    Oxunub:974
2023-cü ilin 7 oktyabrından bəri Qəzza zolağında aparılan İsrail-HƏMAS müharibəsində indiyədək 60 mindən artıq fələstinli həyatını itirib.
Bu barədə iranyönümlü HƏMAS terror təşkilatının nəzarətindəki Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hərçənd bu məlumat beynəlxalq müstəvidə təsdiqlənmir. Eyni zamanda, hərbi və mülki itkilərin ayrılıqda sayları da məlum deyil. Bildirilir ki, ölənlərin təqribən yarısı qadınlar və uşaqlardır.

Müharibə ərzində azı 146 min insanın müxtəlif xəsarətlər aldığı, habelə dağıntılar altında minlərlə insanın itkin düşdüyü diqqətə çatdırılır.

İsrail tərəfinin məlumatına əsasən, 2025-ci ilin yanvarınadək Qəzzada 20 min HƏMAS yaraqlısı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   HƏMAS   İsrail   müharibə   itki  



Xəbər lenti