Rusiya Ukraynanın hərbi təlim mərkəzini vurub | VİDEO

Rusiya Ukraynanın hərbi təlim mərkəzini vurub    | VİDEO
  30 İyul 2025    Oxunub:561
Rusiya qoşunları iyulun 29-da Ukrayna Silahlı qüvvələrinin (USQ) Quru qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib.
AzVision.az Ukrayna tərəfinin məlumatına istinadən xəbər verir ki, görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, şəxsi heyət arasında itkilərin qarşısını tam almaq mümkün olmayıb.

“Hələlik 3 hərbçinin həlak olduğu və 18-nin yaralandığı məlumdur. Hadisə yerində müvafiq təcili yardım xidmətləri işləyir. Yaralılara operativ şəkildə bütün lazımi tibbi yardım göstərilir”, - bəyanatda deyilir.

Xəbərdə qeyd olunur ki, hadisənin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün USQ-nin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəisinin başçılığı ilə komissiya yaradılıb. Faktla bağlı xidməti araşdırma aparılmasına göstəriş verilib.

- Hərbi qulluqçuların həlak olması və yaralanmasının vəzifəli şəxslərin hərəkətləri və ya ətaləti nəticəsində baş verməsi müəyyən edilərsə, təqsirkar şəxslər məsuliyyətə cəlb olunacaqlar”, - USQ-nin Quru qoşunlarından verilən açıqlamada vurğulanır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:



Xəbər lenti