Zaxarova: "Kiyev Moskva-Bakı gərginliyini daha da qızışdırır"

      Zaxarova:    "Kiyev Moskva-Bakı gərginliyini daha da qızışdırır"
  30 İyul 2025    Oxunub:896
"Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya və Azərbaycan arasında mövcud fikir ayrılıqlarını fürsətə çevirmək niyyətindədir".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova jurnalistlərə açıqlamasında dilə gətirib. O bildirib ki, UTX-nin planlaşdırdığı kampaniyalar çərçivəsində rusiyalı qaçqınlardan ibarət təxribat qruplarının Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə, mədəniyyət obyektlərinə qarşı aksiyalar keçirməsi planlaşdırılır.

"Belə bir kampaniyanın məqsədi Azərbaycan, Türkiyə və Avropa mətbuatlarında guya "Rusiya təcavüzü"nü yaymaqdır", – xanım Zaxarova vurğulayıb.

Xatırladaq ki, Bakı və Moskva arasında münasibətlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların qətl və digər qanunsuz fəaliyyətdə şübhəli bilinərək saxlanılmaları nəticəsində gərginləşib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Ukrayna   gərginlik   təxribat  



Xəbər lenti