Lavrov: “ATƏT ümidləri doğrultmayıb”

      Lavrov:    “ATƏT ümidləri doğrultmayıb”
  01 Avqust 2025    Oxunub:931
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) transsərhəd cinayətkarlıqla mübarizə üzrə öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Sergey Lavrovun “Rossiyskaya qazeta” nəşrində dərc olunan “Helsinki aktının yarım əsri: gözləntilər, reallıq, perspektivlər” məqaləsində belə deyilir.

“Qərbin Rusiyaya qarşı quduz kampaniyası kontekstində ATƏT həmçinin terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və transsərhəd mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində öz rolunu yerinə yetirə bilməyib”, - Rusiya XİN-in rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, “qalmaqda olan bütün bu problemlər Rusiyanı təcrid etmək istəyinə qurban verilib”.

Maraqlıdır ki, ATƏT-i siyasi kəndirbazlıqda günahlandıran Segey Lavrov bu qurumun ən amorf və effektsiz isntitutlarından biri olan Minsk qrupunun ləğvinin günün ən aktual məsələlərindən biri olduğunu dilə gətirməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lavrov   ATƏT  



Xəbər lenti