Mirzoyan hindistanlı həmkarı ilə regionu müzakirə edib

Mirzoyan hindistanlı həmkarı ilə regionu müzakirə edib
  09 Avqust 2025    Oxunub:470
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hindistanın xarici işlər naziri ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirib.

“Nazirlər ikitərəfli əsasda və beynəlxalq platformalarda tərəfdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, - məlumatda deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti