İranın Təhlükəsizlik Şurasının katibi Livana gedir

İranın Təhlükəsizlik Şurasının katibi Livana gedir
  11 Avqust 2025    Oxunub:1362
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu gün Livana səfərə yollanacaq.
İran mətbuatının yaydığı məlumata görə, Laricani üçgünlük səfər çərçivəsində əvvəlcə İraqa baş çəkəcək, burada ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq. Bu onun sözügedən şuraya avqustun 5-də rəhbər seçilməsindən bəri ilk xarici səfəridir.

Şura katibinin Livanda bir sıra hökumət nümayəndəsi ilə görüşləri nəzərdə tutulur. Laricanin bu ölkəyə səfəri iranyönümlü "Hizbullah" terror təşkilatının silahsızlaşdırılması fonunda baş verir. Məlumat üçün diqqətə çatdıraq ki, Livan hökuməti bu məsələ üzrə planı artıq təsdiqləyib. Rəsmi Tehran Beyrutun bu addımını kəskin etirazla qarşılayır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   şura   Livan   səfər   Hizbullah  



Xəbər lenti