Finlandiyadakı təlimlərdə ABŞ-dən 500-ə yaxın hərbçi iştirak edəcək

Finlandiyadakı təlimlərdə ABŞ-dən 500-ə yaxın hərbçi iştirak edəcək
  12 Avqust 2025    Oxunub:606
Bu ilin payızında Finlandiyada keçiriləcək təlimlərdə ABŞ-dən 400-500 hərbçi iştirak edəcək.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb.

Amerikalı hərbçilər oktyabrdan dekabra qədər "Uusimaa" briqadasında qalacaq və noyabrda Finlandiya Müdafiə Qüvvələrinin illik təlimlərində iştirak edəcəklər.

Xəbər verildiyi kimi, ABŞ bu ilin ikinci yarısında Finlandiya və Baltik dənizi regionunda keçiriləcək təlimlərdə iştirak edəcək. Finlandiya və ABŞ bu yolla müdafiə sahəsində əməkdaşlığa dair sazişi (DCA) həyata keçirir. Bu sazişə əsasən ABŞ Finlandiyanın 15 hərbi obyektinə giriş əldə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti