“Biz hələ ki, bu məqsədə nail olmamışıq, lakin buna çalışırıq və bu gün biz buna necə nail olacağımızı müzakirə etdik”, - siyasətçi deyib.
Onun fikrincə, Putinin “Əlbəttə, Zelenski ilə görüşəcəyəm” deməsinin özü artıq böyük nailiyyətdir.
- Mən demirəm ki, onlar bu görüşdən ən yaxşı dost kimi çıxacaqlar. Mən demirəm ki, onlar sülh sazişi ilə çıxacaqlar, amma məncə, fakt budur ki, insanlar indi bir-biri ilə danışacaqlar, bu, üç il yarım ərzində baş verməyib”, - Marko Rubio diqqətə çatdırıb.
|
| Zelenski təzminat tələb edir |
“Bu, asan deyil və ədalətli olmaya bilər, lakin müharibəyə son qoymaq lazımdır. Konkret parametrlər Rusiya və Ukrayna liderləri tərəfindən müzakirə ediləcək və Vaşinqtonun rolu iki tərəf arasında ünsiyyəti asanlaşdırmaq olacaq”, - Amerikanın Xarici Siyasət idarəsinin rəhbəri vurğulayıb.
O, həmçinin ABŞ-nin Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün Avropadakı müttəfiqləri və digər ölkələrlə işlədiyini də bildirib. Rubionun sözlərinə görə, bu, sülh sazişi bağlandıqdan sonra həyata keçirilməlidir ki, Ukrayna gələcəkdə özünü təhlükəsiz hiss edə bilsin.
ABŞ-nin Dövlət katibi onu da diqqətə çatdırıb ki, Vaşinqton “artıq Ukraynaya silah və pul vermir”. Bunun əvəzində Kiyevə silahlar NATO strukturları vasitəsilə satılacaq və onun pulunu Avropa ölkələri ödəyəcəklər.
Xatırladaq ki, bundan əvvəl mənbələrə istinad edən “Financial Times (FT) qəzeti Ukrayna lideri Volodimir Zelenskinin Ağ Ev rəhbəri Donald Trampa təhlükəsizlik zəmanəti müqabilində Amerika silahlarını almaq üçün 100 milyard dollarlıq müqavilə təklif etdiyini yazıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


