İran və Ermənistan Araz çayı üzərindən ikinci körpü salacaq | VİDEO

   İran və Ermənistan Araz çayı üzərindən ikinci körpü salacaq     | VİDEO
  19 Avqust 2025    Oxunub:763
İran və Ermənistan Araz çayı üzərində ikinci sərhəd körpüsünün tikintisinə dair razılığa gəliblər.
AzVision.az xəbər verir ki, İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İrəvanda “Tasnim” agentliyinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Ermənistan və İran həmçinin mövcud körpünün yenidən qurulması və sərhəd terminallarının təkmilləşdirilməsi barədə razılığa gəliblər.

“Ermənistanda aparılan danışıqlarda dəmir yolu layihələrinə xüsusi diqqət yetirilib. Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişafı üzrə strateji plan razılaşdırılıb”, - iranlı nazir vurğulayıb.

Bundan əvvəl Ermənistan və İran arasında ikinci körpünün tikintisi üzrə layihələndirmə işlərinin başa çatdırıldığı bildirilib.

Eyni zamanda, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkian Yerevanda danışıqların yekunlarına dair birgə bəyanat imzalayıblar.

Ermənistan hökumətinin mətbuat xidmətinni bununla bağlı yaydığı məlumatda, bundan əlavə, Ermənistan və İran Xarici İşlər nazirliklərinin rəhbərləri Ararat Mirzoyan və Abbas Əraqçinin 2025-2027-ci illər üçün xarici işlər nazirlikləri arasında məsləhətləşmələr planını imzaladıqları vurğulanır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   Ermənistan   körpü  



Xəbər lenti