NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək

 NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək
  21 Avqust 2025    Oxunub:1191
Şimali Atlantika Alyansının (NATO) 2026-cı ildəki sammiti 7-8 iyul tarixlərində baş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə NATO qərargahının mətbuat xidməti məlumat yayıb. Alyansın baş katibi Mark Rütte Türkiyəyə təşəkkürünü ifadə edərək bildirib:

“Bu mühüm toplantıya ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm. Türkiyə 70 ildən artıqdır ki, NATO-nun sadiq müttəfiqidir və ümumi təhlükəsizliyimizə əvəzsiz töhfə verir”.

Onun sözlərinə görə, sammitdə müttəfiq ölkələrin liderləri NATO-nu daha güclü, ədalətli və effektiv ittifaqa çevirmək, həmçinin alyansın təhlükəsizliyinə qarşı kritik təhdidlərə cavab verməyə hazırlığını artırmaq istiqamətində səylərinə davam edəcəklər.

Qeyd edək ki, Türkiyə son 21 ildə ilk dəfə NATO Zirvə görüşünə ev sahibliyi edəcək. Ölkədə sonuncu dəfə belə tədbir 2004-cü ildə İstanbulda təşkil olunmuşdu.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türkiyə   NATO   sammit  



Xəbər lenti