Al Arabiya: "İsrail və Suriya razılığa gəlirlər"
"İsrail və Suriya aralarındakı mübahisəli məqamların 80%-i ilə əlaqədar ortaq məxrəcə çatıb".
Tərəflər müxtəlif məsələlərdə ortaq məxrəcə gəlməklə əlaqədar müzakirələr apararaq, danışıqların növbəti mərhələsi üzrə razılaşıblar. Bununla belə, hansı məsələlər üzrə razılıq əldə olunduğu açıqlanmayıb.
Xatırladaq ki, 2024-cü ilin dekabrın 8-də Suriyada 24 illik Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsinin ardınca İsrail Silahlı Qüvvələri bu ölkənin ərazisində hərbi əməliyyatlara başlamışdı. Əməliyyatların əsas səbəbi kimi “İsrail dövlətinin və xalqının təhlükəsizliyinin təmin edilməsi” göstərilmişdi.
Firudin Həmidli
AzVision.az
Teqlər: İsrail Suriya danışıqlar







Vaxtında, Aydın, Lazımlı!


