Livan: "Fələstinlilərin silah-sursatı yığılacaq" | VİDEO

   Livan:    "Fələstinlilərin silah-sursatı yığılacaq" |  VİDEO
  21 Avqust 2025    Oxunub:784
Livan Silahlı Qüvvələri bu gecə saatlarından başlayaraq ölkənin Sur şəhərində yerləşən "Əl-Büss" və paytaxt Beyrutdakı "Bürc-əl-bəracnə" qaçqın düşərgələrindən silah-sursatın müsadirəsinə başlayacaq.
Livan mətbuatının yaydığı məlumata əsasən, bu addım ölkədəki bütün silah-sursatın "yalnız dövlət tərəfindən saxlanılması", eyni zamanda, iranyönümlü "Hizbullah" terror təşkilatının silahsızlaşdırılması prosesi çərçivəsində atılır.
Daha bir "Hizbullah" komandiri öldürülüb | VİDEO

"Qaçqın düşərgələrindən silahların toplanması Fələstin Muxtariyyəti ilə əməkdaşlıq fonunda həyata keçiriləcək", – məlumatda vurğulanır.

Livan ərazisindəki bu və digər qaçqın düşərgələrinin terror qruplaşmalarının, xüsusilə "Hizbullah"ın məskəninə çevrilməsi barədə mətbuatda tez-tez xəbərlər yayılır. Livan Ordusu həmin düşərgələrdə mütəmadi reydlər keçirir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   düşərgə   silah-sursat  



Xəbər lenti