“BKİ-nin nəzdindəki “Timur xüsusi təyinatlıları”nın “Qardaşlıq” bölməsi “Rusiya Könüllülər Korpusundan (RKK) olan qardaşları ilə birlikdə Donetsk vilayətində düşmən qüvvələrinin cilovlanması üzrə döyüş tapşırığını uğurla yerinə yetirib. Həmlə zamanı bölmənin döyüşçüləri 90-dan çox rus hərbçisini öldürüb. “Qardaşlıq” onlrdan da daha beş nəfərini ələ keçirib”, - məlumatda bildirilir.
Ukrayna mediasının iddiasına görə, “FPV” PUA-ların və bombardmançı təyyarələrin operatorları dörd yüzdən çox döyüş əməliyyatı həyata keçirib və əməliyyatın yer komponentini dəqiq zərbələrlə dəstəkləyib. Kəşfiyyatçıların effektiv fəaliyyəti sayəsində isə müəyyən bir məsuliyyət ərazisində müdafiə qüvvəılərinin maddi-texniki təchizatını sabitləşdirmək və düşmənin Dnepropetrovsk vilayətinin sərhədləri istiqamətində sürətlə irəliləməsinin qarşısını almaq mümkün olub.
- Xüsusi əməliyyat zamanı bir neçə qondarma “bayraqdar” qrupu da aşkar edilərək zərərsizləşdirilib - rus hərbçiləri öz həyatları bahasına Rusiyanın nəzarətində olmayan ərazilərdə fotoşəkillər üçün üçrəngli bayraqlar asıblar. Müəyyən edilmiş bütün “bayraqdalar” ya öldürülüb, ya da “Qardaşlıq” döyüşçüləri tərəfindən əsir götürülüb”, - Ukrayna KİV-lərində dərc olunan xəbərlərdə vurğulanır.
— Newsfeed (@Newsfeed883920) August 22, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


