İsraildə iki amerikalı saxlanılıb

İsraildə iki amerikalı saxlanılıb
  22 Avqust 2025    Oxunub:1169
Qüds polisi iki ABŞ vətəndaşını şəhərin girişində gizli obyektin çəkilişinə görə həbs edib.
AzVision.az İsrail mediasına istinadən xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanları istintaqın davam etdirilməsi üçün həbs müddətinin daha beş gün uzadılmasını istəyib. Saxlanılanların Qüdsdə təhsil aldıqları bildirilir.

Xatırladaq ki, ötən ay 1999-cu ildə İrandan mühacirət etmiş İsrail vətəndaşı xarici casusla əlaqə saxlamaqda və düşmənə məlumat ötürməkdə günahlandırılıb. İttihama görə, o, milli təhlükəsizliyə zərər vurmaq məqsədilə İran tərəfi ilə davamlı əlaqə saxlayıb.

Başqa bir hadisədə isə ÇAXAL-ın (İsrail ordusu) əsgəri ödəniş əsasında məxfi məlumatları İran casuslarına ötürməkdə günahlandırılıb. Əsgər İsrailə raket zərbələrinin tutlması ilə bağlı video-materiallar və sənədlər təqdim edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   amerikalılar   həbs  



Xəbər lenti