Hakan Fidan İƏT iclasına sədrlik edəcək

Hakan Fidan İƏT iclasına sədrlik edəcək
  22 Avqust 2025    Oxunub:1164
Türkiyənin baş diplomatı Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının XXI növbədənkənar iclasında sədr qismində iştirak edəcək.
Türkiyə mətbuatının rəsmi mənbəyə istinadən yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq iclasda Qəzza zolağındakı cari vəziyyət üzrə müzakirələr aparılacaq. İsrail ilə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı arasında dərhal atəşkəs sazişi imzalanmasının, mülki vətəndaşlar üçün hər cür humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyi diqqətə çatdırılacaq. Eyni zamanda, bu çərçivədə beynəlxalq ictimaiyyətə çağırış ünvanlanacaq.
HƏMAS-ın raket qurğuları sıradan çıxarılıb

Xatırladaq ki, avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Digər tərəfdən, Qəzzaya beynəlxalq humanitar yardımın çatdırılmasına tez-tez maneələr qoyulur.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   İƏT   iclas   Qəzza  



Xəbər lenti