İranda atışma: 5 polis ölüb

İranda atışma:    5 polis ölüb
  22 Avqust 2025    Oxunub:1180
İranın şərqindəki Sistan və Bəlucistan əyalətində iki polis patruluna silahlı hücum nəticəsində 5 polis əməkdaşı həyatını itirib.
"Fars News" xəbər saytının yaydığı məlumata əsasən, hadisə bir neçə saat əvvəl Xaş-İranşəhr yolunda meydana gəlib. Patrullara hücum çəkən naməlum şəxslər hadisə yerindən qaçıblar.

Hazırda terrorçuların ələ keçirilmələri istiqamətində əməliyyat aparılır.

Məlumat üçün bildirək ki, İranın Əfqanıstan və Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində analoji hadisələr tez-tez baş verir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   terror-aktı  



Xəbər lenti