Suriyada yeni əskinaslar buraxılacaq

Suriyada yeni əskinaslar buraxılacaq
  23 Avqust 2025    Oxunub:1242
Rəsmi Dəməşq alıcılıq qabiliyyəti azalan milli valyutanı - Suriya funtunu gücləndirməq qərarına gəlib.
AzVision.az xəbər verir ki, 2011-ci ildə müharibə başlayandan bəri Suriya funtu öz dəyərinin 99 faizindən çoxunu itirib. Hazırda 10 min Suriya funtunun mübadilə kursu 50 ABŞ dolları təşkil edir.

“Reuters” agentliyinin məlumatına görə, valyutanın kəskin ucuzlaşması gündəlik əməliyyatları və pul köçürmələrini əhəmiyyətli dərəcədə çətinləşdirib.

Ailələr adətən həftəlik ərzaq alış-verişini çəkisi 500 qrama çatan 5 min funt-sterlinqlə ödəyirlər (hazırda bu ən yüksək nominaldır).

Əməliyyatları asanlaşdırmaq və pul kütləsi sabitliyini yüksəltmək məqsədilə Suriya Mərkəzi Bankı avqustun ortalarında özəl banklara sıfırları silərək yeni valyuta buraxmaq niyyətini açıqlayıb.

Suriya funtunun dəyərinin yüksəlməsi üçün parlamentin təsdiqinə ehtiyac olub-olmayacağı hələ bəlli deyil. Belə ki, Suriyada yeni qanunvericilik məclisinə ilk seçkilər sentyabr ayında keçiriləcək.

Yeni əskinasların buraxılışı hökumətə dövriyyədə olan nağd pula daha yaxşı nəzarət etməyə imkan verəcək.

AzVision.az


Teqlər: Suriya   funt   islahat  



Xəbər lenti