Brüssel Ukrayna və Moldova dalanından şıxır?
Bu, öz növbəsində, yaxın aylarda iki Şərqi Avropa ölkəsinin – Ukrayna və Macarıstanın Aİ-yə qoşulması məsələsində “dalandan çıxmağa” imkan verəcək.
Adı açıqlanmayan başqa bir diplomat isə bu ölkədə parlament seçkiləri ərəfəsində Moldova üçün “danışıqlar klasteri”nin açılmasına tələsməyə ehtiyac olmadığını iddia edib.
“Bəzi insanların Moldovaya danışıqlar platforması təklif etmək istəməsi başa düşüləndir. Lakin qarşıdan gələn seçkilərə görə bunu etmək uzaqgörənlik deyil və son nəticədə əks nəticə verə bilər”, - diplomat deyib.
Xatırladaq ki, Moldovada növbəti parlamentseçkiləri 2025-ci il sentyabrın 28-nə təyin edilib. Bundan əvvəl “Politico” nəşrinin yazdığına görə, bəzi Aİ ölkələri Moldovanın Aİ-yə daxil olması prosesini sürətləndirmək, bununla da seçkilərdə Avropayönlü partiyaları dəstəkləmək istəyirlər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


