Yəmənin Baş naziri öldürülüb

   Yəmənin Baş naziri öldürülüb
  29 Avqust 2025    Oxunub:1269
İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin paytaxtı Səna şəhərinə aviazərbəsi nəticəsində ölkənin "Husi" qruplaşmasına mənsub de-fakto Baş naziri Əhməd Əl-Rəhəvi həyatını itirib.
Yəmən mətbuatı öz mənbələrinə istinadən məlumat yayıb ki, aviazərbə Baş nazirin yaşadığı binaya tuşlanıb. Onunla birlikdə mənzildəki digər şəxslər də ölüb.

İsrail Hərbi Hava Qüvvələri həmçinin "Husi" qruplaşmasının bir sıra ali nümayəndəsinin Səna şəhərinin kənarında toplaşdığı nöqtəni də bombalayıb. Bildirilir ki, həmin dəqiqələrdə qruplaşma lideri Əbdülməlik Əl-Husi de-fakto nazirlər qarşısında nitq söyləyirmiş. Bu aviazərbənin nəticəsi hələlik məlum deyil.

Hücumlar İsrail Ordusu tərəfindən təsdiqlənib.

Xatırladaq ki, Yəmənin de-fakto hakimi iranyönümlü "Husi" qruplaşması 2023-cü ilin oktyabr ayının 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri HƏMAS-a və ümumiyyətlə, Fələstinə "qahmar çıxıb", Qırmızı dənizdə və ətraf sularda İsraillə əlaqəli gəmiləri vurmağa başlayıb. Husilərin hücumları nəticəsində beynəlxalq iqtisadiyyat təhlükə ilə üzləşib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yəmən   husilər   baş-nazir   sui-qəsd  



Xəbər lenti