“Biz iki prezident arasında Alyaskada baş tutan söhbətin bütün təfərrüatlarını bilərəkdən açıqlamırıq. Rusiya-Ukrayna nizamlanması mövzusu dərindən müzakirə olunub, lakin hesab edirik ki, hər hansı təfərrüat vermək tamamilə yersizdir. Nizamlanmanın maraqları baxımından indi diskret (ayrı-ayrı hissələr) rejimdə işləmək vacibdir”, - Kremlin sözçüsü Hakan Fidanın bəyanatı ilə bağlı sualını cavablandırarkən deyib.
|
| Hakan Fidan: “Moskva fikrini dəyişib” |
- Bu, vaxtında baş tutan, mənalı və çox konstruktiv görüş idi”, - rusiyalı məmur bildirib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə XİN-in rəhbəri Hakan Fidan tammiqyaslı işğalın başlanmasından bəri Rusiyanın qismən ələ keçirdiyi Ukraynanın dörd bölgəsinə artıq tam nəzarəti bərqərar etməyə çalışmadığını söyləyib.
Mənbələrə istinad edən “Atlantic” jurnalı isə Avropa ölkələrinin Ukraynadakı müharibənin həlli üçün Rusiya və ABŞ arasında aparılan danışıqların gedişatı barədə məlumatın az olmasından narazı olduqlarını yazıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


