Almaniya-Fransa münasibətlərində yeni səhifə açılır

   Almaniya-Fransa münasibətlərində yeni səhifə açılır
  29 Avqust 2025    Oxunub:1419
Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron ölkələrin əməkdaşlığında "yeni səhifə açılması" haqqında razılığa gəliblər.
Almaniyanın "Deutsche Welle" telekanalının yaydığı məlumata əsasən, liderlər bu barədə Fransa Prezidentinin yay iqamətgahında (Fort de Breqanson) baş tutan görüşdə müzakirə aparıblar.

Emmanuel Makron diqqətə çatdırıb ki, iki ölkənin münasibətlərinin uğurla bərpası Avropa İttifaqının (Aİ) möhkəmlənməsinə də təkan verəcək.

"Zənnimcə, Almaniya-Fransa tandemi həm iqtisadi-ticari cəhətdən, həm də Rusiya-Ukrayna müharibəsi fonunda hərbi müdafiə baxımından güclü Avropa yaratmaq üçün məqsədəuyğundur", – o deyib.

Fridrix Merts isə, öz növbəsində, Almaniya və Fransanı "Avropa İttifaqının mərkəzi oxu" adlandırıb.

"27 üzv dövlətin həmrəyliyi şərti ilə Aİ iqtisadiyyat, siyasət və təhlükəsizlik sahələrində dünyada əsas qüvvəyə çevrilir. Ölkələrimiz bu ittifaqda mərkəzi rol oynayır", – Kansler vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Fransa    



Xəbər lenti