Roma fəvvarəsində çimən turist “əbləh” adını qazanıb

Roma fəvvarəsində çimən turist “əbləh” adını qazanıb
  29 Avqust 2025    Oxunub:1383
İtaliyanın paytaxtı Romanın mərkəzindəki 263 il tarixi olan “Trevi” fəvvarəsində çimən naməlum turist videoya düşüb və internetdə “əbləh” adlandırılıb.
Sosial şəbəkələrdə yayımlanan video-materialda görüntüləri başqa bir səyahətçi tərəfindən lentə alındığı görünür. Görüntülərdə mavi köynəkli bir adamın 263 illik məşhur fəvvarədən çıxması əks olunub. O, dərhal polis tərəfindən saxlanılır. Asayişi pozanın sonrakı taleyi ilə bağlı məlumat yoxdur.

Bundan əvvəl başqa bir turist xanım elə fəvvarədən şüşə butulkaya su doldurmaq istəyib. Video-materialda qadının fəvvarənin “daşlarına” tərəf getdiyi və şüşəni axan suyun altında tutduğu görünür.

Qeyd edək ki, ispaniyalı daha bir turist isə Keniyadakı “Ol-Yoqi” qoruğunda filə pivə içirdib.
Bütün bu qəribəliklərin qızmar havanın təsirindən, yoxsa qeyri-adi əyləncələr kəşf etmək istəyindən irəli gəldiyi barədə sual açıq qalır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Roma   fəvvarə   əbləh  



Xəbər lenti